“SİMA” rəqəmsal imzası ilə “PAŞA Bank”dan kredit əldə etmək daha da asanlaşdı | Banco.az

“SİMA” rəqəmsal imzası ilə “PAŞA Bank”dan kredit əldə etmək daha da asanlaşdı

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştərilərin ehtiyaclarını qarşılamaq məqsədi ilə qabaqcıl rəqəmsal həllərin tətbiqini davam etdirir.

Belə ki, Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri isə “SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər.

“Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciət etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı kartına ala biləcək. Rəqəmsal xidmətlərin tətbiqinin və istifadəsinin genişləndirilməsini, eləcə də biznes proseslərinin sürətləndirilməsini hədəfləyən “SİMA” vasitəsilə gələcəkdə bankımızın digər məhsullarından da istifadə mümkün olacaq”, - deyə, “PAŞA Bank”ın Fərdi bankçılıq departamentinin direktoru Anar Abbasov bildirib.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır”, - “AzInTelecom”um Kommersiya departamentinin direktoru Ruslan Əliyev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün “SİMA” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

“SİMA” rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram