Sığorta şirkətlərinin qısamüddətli aktivlərində vəziyyət necə dəyişib? | Banco.az

Sığorta şirkətlərinin qısamüddətli aktivlərində vəziyyət necə dəyişib?

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə qısamüddətli aktivləri illik müqayisədə az olub.

Bunlar “Qala Həyat Sığorta”, “Atasığorta”, “Atəşgah Sığorta”, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.  

Ən çox azalma “İpək Yolu Sığorta”da (58,7%), ən az azalma isə “Qala Həyat Sığorta”da (9,6%) qeydə alınıb.

Qalan 12 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika “Azərsığorta”da (79,9%), ən aşağı dinamika isə “PAŞA Sığorta”da (6%) qeydə alınıb.

3 sığorta şirkətinin qısamüddətli aktivləri 60 milyon manatdan çoxdur

Azərbaycanda 3 sığorta şirkətinin qısamüddətli aktivləri 60 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə qısamüddətli aktivləri 40 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar “PAŞA Həyat Sığorta” (163,439 milyon manat), “PAŞA Sığorta” (149,037 milyon manat) və “Atəşgah Həyat Sığorta” (64,501 milyon manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 11-nin qısamüddətli aktivləri 10-60 milyon manat arasında, 5 şirkətin qısamüddətli aktivləri isə 10 milyon manatdan azdır.

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram