Sığorta şirkətlərinin maliyyə mənfəətində vəziyyət necə dəyişib? | Banco.az

Sığorta şirkətlərinin maliyyə mənfəətində vəziyyət necə dəyişib?

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.  

Bunlar “Qala Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lərdir.

Ən çox azalma “Günay Sığorta”da (42%), ən az azalma isə “Qala Həyat Sığorta”da (9%) qeydə alınıb.

2 sığorta şirkəti – “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər ötən il maliyyə mənfəəti əldə etsə də, əvvəlki il maliyyə zərərinə uyğrayıb. Odur ki, bu şirkətlərin maliyyə mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 10 sığorta şirkətinin maliyyə mənfəəti isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (3,9 dəfə), ən aşağı dinamika isə Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”, 2%) qeydə alınıb.

4 sığorta şirkətinin maliyyə mənfəəti 7 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 1-i ötən il maliyyə mənfəəti əldə etməyib.

Bu, bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bu şirkət 221 min manatlıq maliyyə zərərinə uğrayıb.

Qalan 18 sığortaçı müxtəlif məbləğlərdə maliyyə mənfəəti əldə edib. Onlardan 4-də sözügedən göstərici 7 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (29,48 milyon manat), “PAŞA Sığorta” (29,199 milyon manat), “Xalq Sığorta” (8,061 milyon manat) və “Meqa Sığorta” (7,159 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 9-nun maliyyə mənfəəti 1-7 milyon manat arasında, 5 şirkətin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram