Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar “Günay Sığorta”, “Azsığorta”, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (22,8%), ən az azalma isə “Günay Sığorta”da (4,8%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika “Atəşgah Sığorta”da (23,5%), ən aşağı dinamika isə “Bakı Sığorta”da (1%) qeydə alınıb.
4 sığorta şirkətinin balans kapitalı 30 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 30 milyon manatdan çox olub.
Bunlar “PAŞA Sığorta” (76,655 milyon manat), “PAŞA Həyat Sığorta” (68,454 milyon manat), “Xalq Sığorta” (49,189 milyon manat) və “Azsığorta” (33,16 milyon manat) ASC-lərdir.
Qalan 15 sığorta şirkətindən 11-nin balans kapitalı 10-29 milyon manat arasında, 4 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!