Sığorta şirkətlərində balans kapitalının vəziyyəti necədir? | Banco.az

Sığorta şirkətlərində balans kapitalının vəziyyəti necədir?

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

Bunlar "Standard Insurance" Sığorta Şirkəti, "A-Qrup Sığorta", "Xalq Həyat Sığorta", "Xalq Sığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.

Ən çox azalma "AXA Mbask"da (26,3%), ən az azalma isə "Standard Insurance"də (3,3%) qeydə alınıb.

Qalan 16 sığorta şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika "PAŞA Həyat Sığorta" ASC-də (18,4%), ən aşağı dinamika isə "Rəvan Sığorta" ASC-də (1,7%) qeydə alınıb.

4 sığorta şirkətinin balans kapitalı 35 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 35 milyon manatdan çox olub.

Bunlar "PAŞA Sığorta" (84 milyon 604 min manat), "PAŞA Həyat Sığorta" (72 milyon 918 min manat), "Xalq  Sığorta" (41 milyon 128 min manat) və "Azsığorta" (35 milyon 58 min manat) ASC-lərdir.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 17 sığorta şirkətindən 11-nin balans kapitalı 12-27 milyon manat arasında, 6 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram