“Gələn il 2020-ci ilin yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna (İSB) ödəmələri 2 dəfə artırılacaq”.
Bunu açıqlamasında “Azərbaycan Sığorta Assosiasiyası” (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib.
Onun sözlərinə görə, artıq bu məsələ sığorta şirkətləri ilə razılaşdırılıb.
“Hazırda sığortaçılar İSB-yə sığorta haqqının 5%-i, Maliyyə Bazarlarına Nəzarət Palatasına isə 0,5%-i qədər ödəniş edir. Gələn ildən İSB-yə ödənişlər 10%-ə çatdırılacaq, Palataya ödənişlərdə isə dəyişiklik olmayacaq”, - deyə o, qeyd edib.
Report.az