Siğorta növləri arasında artım və azalma | Banco.az

Siğorta növləri arasında artım və azalma

Həyatın yaşam siğortası 74% artıb, kasko sığortası 35% azalıb

Bu ilin yanvar-iyul aylarında siğorta növləri arasında ən ciddi artım həyatın ölüm halında siğortasında qeydə alınıb. Bu növ siğorta üzrə yığımlar 3,5 dəfə artaraq 9,5 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin siğortası tutub. Bu sioğorta növü üzrə toplanan sığorta haqqı 2,1 dəfə artaraq 400 min manata çatıb.

Həyatın yaşam siğortası üzrə yığımlar 73,8% artaraq 32,8 milyon manat, tibbi siğorta üzrə yığımlar 5,7% artaraq 45,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən siğorta 10,4% artaraq 21 milyon manat, daşınmaz əmlakın icbari siğortası 37,7% artaraq 10,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari siğortası 14,2% artaraq 256 min manat, sərnişinlərin icbari fərdi qəza siğortası 26,3% artaraq 85,4 min manat təşkil edib.

İlin 1-ci yarısında siğorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından siğortada, eləcə də kreditin siğortasında qeydə alınıb. Bu növ siğortalar üzrə yığımlar 100% azalıb.

Əmlakın yanğından və digər risklərdən siğortası 8,8% azalaraq 18,5 milyon manat, kasko siğorta 34,7% azalaraq 21,1 milyon manat, su nəqliyyat vasitələrinin siğortası 3,1 dəfə azalaraq 300 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası isə cəmi 0,28% azalaraq 37,85 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Siğorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin siğortasında qeydə alınıb. Bu növ siğorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından siğortası tutub. Bu siğorta növü üzrə ödənişlər 3,3 dəfə artaraq 500 min manat olub.

Həyatın yaşam siğortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 2,55 milyon manat, tibbi siğorta üzrə ödənişlər 7,3% artaraq 27,3 milyon manat, əmlakın yanğından və digər risklərdən siğortası 2,75 dəfə artaraq 5,9 milyon manat, kasko siğortası 5% artaraq 15,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,45 dəfə artaraq 1,74 milyon manat, daşınmaz əmlakın icbari siğortası 41% artaraq 1,3 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası 16,2% artaraq 16,3 milyon manat təşkil edib.

Siğorta ödənişləri üzrə ən çox azalma isə işçilərim dələduzluğu siğortasında qeydə alınıb. Bu siğorta növü üzrə ödənişlər 9% azalıb və 65,6 min manat təşkil edib.