Sığorta münasibətləri bazar iqtisadiyyatının vacib ünsürlərindən biridir. Sığorta - sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində yaranmış münasibətlərdir. Sığorta həyat və qeyri-həyat sığortası olmaqla 2 yerə bölünür. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Qeyri-həyat sığortası - sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.
Malik olduğumuz sərvətin həcmindən daha çox onun təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Bu təhlükəsizliyi isə sığortaçılar,yəni sığorta şirkətləri təmin edir. Bunun üçün əvvəlcə sığorta olunmaq istəyən şəxs, yəni sığortalı sığortaçıya müqaviləyə uyğun olaraq pul məbləği verməlidir. Sığortalının sığortaçıya verdiyi bu məbləğ isə sığorta haqqı adlanır. Bunun qarşılığında sığortaçı hər hansı sığorta hadisəsi baş verdikdə dəymiş zərərin qarşılığını pul vəsaiti və ya natura şəklində ödəyir ki, buna isə sığorta ödənişi deyilir.
İndi isə sizə 2019-cu ilin yanvar-aprel ayları üçün sığortaçıların sığorta haqlarını təqdim edirik.
Cədvəldən göründüyü kimi ən çox sığorta haqları 74 597.4 min manat olan sığortaçı Paşa Həyat Sığorta ASC-ə məxsusdur. Bundan sonra 2-ci və 3-cü yeri uyğun olaraq Paşa Sığorta ASC və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tutur. Sonuncu yerləri isə Amrah Sığorta ASC və Naxçıvan Sığorta ASC tutur.
№ |
Sığortaçının adı |
Sığorta Haqları (min manatla) |
1 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
74 597,4 |
2 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
71 970,2 |
3 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
33 009,8 |
4 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
12 370,1 |
5 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
11 963,7 |
6 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
11 130,0 |
7 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
9 368,2 |
8 |
“İpək Yolu Sığorta” ASC |
7 870,7 |
9 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
7 422,6 |
10 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
6 423,2 |
11 |
“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti |
4 573,7 |
12 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
3 601,6 |
13 |
“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti |
2 785,9 |
14 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
2 351,6 |
15 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
2 245,8 |
16 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 229,3 |
17 |
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
1 000,8 |
18 |
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
818,1 |
19 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
298,4 |
20 |
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
137,5 |
21 |
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti |
127,8 |
YEKUN |
265 296,5 |
İndi isə sığorta ödənişlərinin siyahısına nəzər keçirək. Sığorta ödənişlərinə görə əvvəlki cədvədə olduğu kimi ilk iki yer dəyişməz qalır. Yəni 17 619.5 min manat və 14 675.9 min manatla yenə Paşa Həyat Sığorta ASC və Paşa Sığorta ASC tutur. 3-cü yerdə isə 6 426.7 min manatla isə Atəşgah Sığorta ASC durur. Ən az sığorta ödənişləri isə Naxçıvan Sığorta ASC-də 0.9 min manatdır.
№ |
Sığortaçının adı |
Sığorta Ödənişləri |
1 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
17 619,5 |
2 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
14 675,9 |
3 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
6 426,7 |
4 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
4 934,2 |
5 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
4 279,2 |
6 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
3 257,8 |
7 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
3 047,3 |
8 |
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
2 767,0 |
9 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
2 720,6 |
10 |
“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti |
1 613,7 |
11 |
“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti |
1 228,5 |
12 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
951,2 |
13 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
806,9 |
14 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
789,0 |
15 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
699,1 |
16 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
563,6 |
17 |
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
115,1 |
18 |
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
62,0 |
19 |
“İpək Yolu Sığorta” ASC |
52,7 |
20 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
40,3 |
21 |
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti |
0,9 |
|
YEKUN |
66 651,2 |
Tərlan Qəhrəmanova, banco.az