Sığorta bazarının vəziyyəti beynəlxalq ekspertlər tərəfindən müzakirə olunub | Banco.az

Sığorta bazarının vəziyyəti beynəlxalq ekspertlər tərəfindən müzakirə olunub

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Asiya İnkişaf Bankından (AİB) olan nümayəndə heyəti ilə görüş keçirilib.

Assosiasiyadan verilən məlumata görə, görüşdə ASA və AİB-in sığorta üzrə beynəlxalq ekspertləri iştirak edib. Tərəflər Azərbaycanda sığorta bazarının vəziyyəti, mövcud problemlər, bu sahənin inkişaf etdirilməsi, ASA-nın bu istiqamətdə gördüyü işlər barədə müzakirələr aparıb.

Görüşdə yeni sığorta məhsullarının, o cümlədən bank təminatlı məhsulların yaradılması, satış səviyyəsinin artırılması üçün yeni inkişaf və kommunikasiya kanallarının axtarılması, mikromaliyyə maliyyə qurumlarının sığorta bazarına cəlb olunması üçün onlarla danışıqlar aparılması məsələləri də nəzərdən keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ölkəmizdə mikrosığortanın yaradılmasına və inkişaf etdirilməsinə dair addımların atılması, texniki dəstəyin verilməsi də müzakirə obyekti olub. Qərara alınıb ki, bu ilin iyul ayında Bakıda keçiriləcək “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda (“AİİF-2015”) mikrosığorta ilə bağlı müzakirələr və seminarlar da təşkil edilsin.

azertag.az