Şam ağacı bəzəmək necə ənənəyə çevrildi? | Banco.az

Şam ağacı bəzəmək necə ənənəyə çevrildi?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Milad və Yeni il bayramlarının əvəzedilməz hissəsi sayılan şam ağaclarının tarixi barədə heç düşünmüsünüzmü?

Yeni il yaxınlaşdıqca əksəriyyətimizin ağlına ilk olaraq parlaq, rəngarəng “yolka”lar gəlir.

Uzun illərdir davam edən bu ənənənin başlanğıcını haradan götürdüyü dəqiq bilinməsə də, haqqında bir çox hekayə və rəvayətlər mövcuddur.

Banco.az xəbər verir ki, noyabrın ortalarından etibarən demək olar ki, hər yerdə rastlaşdığımız, köhnə illə vidalaşdığımız bu günləri rəngləndirən, ətrafa sevinc bəxş edən bəzədilmiş şam ağacları ənənəsinin tarixi 15-ci əsrə gedib çıxır.

Milad ağacının bəzədilməsi haqqında ilk yazılı məlumat isə 1510-cu ildə Latviyada qeydə alınıb. Belə ki, həmin dövrdə tacirlərin süni ağacı qızılgüllərlə bəzəyərək bazar meydanında onun ətrafında toplaşaraq rəqs etdiklərinə dair qeydlər mövcuddur.

Başqa bir rəvayətə görə, Protestant Reformasiyası ilə tanıdığımız Martin Lüter şam ağaclarının Tanrının yaxşılığını təmsil etdiyinə inanırdı.

Qeyd edək ki, Milad ağacları əvvəlcə yalnız ictimai yerlərdə quraşdırıldığı halda, bu gün bir çox evlərin əvəzolunmaz bəzəyidir. Araşdırmalar göstərir ki, bu bəzədilmiş, parlaq şam ağaclarının evlərimizə daxil olmağı 17-ci əsrdən başlayıb. O dövrdə ağaclar almalar, qızılı fındıq və qırmızı kağız zolaqları ilə bəzədilirdi. Milad ağaclarında yeməli bəzəklər o qədər məşhurlaşmışdı ki, o vaxt ağaclara hətta "konfet ağacları" da deyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Altında hədiyyələr olan bəzədilmiş Milad ağacı isə çox xüsusi, özünəməxsus mənşəyə malikdir. Belə ki, Kraliça Viktoriya və Şahzadə Albertin sifarişi ilə hazırlanmış qravürada uşaqların ağacın ətrafına toplaşaraq altındakı hədiyyələrə baxdığı əks olunub. 1848-ci ildə “Illustrated London News”da nəşr olunan qravüra bu ənənəni günümüzə qədər gətirib.

How Did the Tradition of the Christmas Tree Start? - GreekReporter.com

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et