2018-ci ildə Azərbaycanda 1000-ə yaxın sahibkarlıq subyektinə dövlət xətti ilə 160,2 mln. manat güzəştli kredit verilib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.
O həmçinin deyib ki, bu əvvəlindən Azərbaycanda 80-nə yaxın sahibkarlıq subyekti 8 mln. manat güzəştli kredit alıb. Bu kreditlər kənd təsərrüfatının və emal sənayesinin inkişafına yönəldiləcək.
Report.az