Sahibkarlardan investisiya layihələri qəbul edilməyə başlayıb | Banco.az

Sahibkarlardan investisiya layihələri qəbul edilməyə başlayıb

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ucar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan verilən məlumata görə, SKMF iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində işgüzar forum keçirib.

Sahibkarlardan cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

 

 

 

 

apa.az