Sabit vergi - Fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, aşağıdakı cədvəldə qeyd olunmuş fəaliyyət növləri ilə fərdi qaydada (əlavə işçi qüvvəsi cəlb etmədən) məşğul olan fiziki şəxslər aylıq sabit məbləğdə fəaliyyətlərinin faktiki həyata keçirildiyi ərazi üzrə müvafiq əmsalları tətbiq etməklə hesablanmış sadələşdirilmiş vergini ödəyirlər. Müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərildiyi halda ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.
Vergi Məcəlləsinin 01.01.2019 cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən sabit vergi ödəyicilərinin hansı ərazidə nə qədər vergi ödəməli olduğuna dair nümunələrə baxaq:
Nümunə 1. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbər olmasından asılı olmayaraq) nə qədər sabit vergi ödəməlidir?
- Bakı şəhərində: 15 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 30 manat.
- Xırdalan (Gəncə, Sumqayıt) şəhərində:15 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 22.5 manat.
- Abşeron rayonunun Masazır qəsəbəsində: 15 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 15 manat.
- Şəki şəhərində: 15 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 15 manat.
- Xaçmaz rayonun Dədəli kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.
Nümunə 2. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxs nə qədər sabit vergi ödəməlidir?
- Bakı şəhərində: 10 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 20 manat.
- Xırdalan (Gəncə, Sumqayıt) şəhərində: 10 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 15 manat.
- Abşeron rayonunun Masazır qəsəbəsində: 10 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 10 manat.
- Şəki şəhərində: 10 manat (sabit məbləğ) x 1 (zona əmsalı) = 10 manat.
- Xaçmaz rayonun Dədəli kəndində: 10 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 5 manat.
Nümunə 3. Şənliklərdə aparıcılıqla məşğul olan fiziki şəxsin aylıq sabit verginin məbləği aşağıdakı qaydada hesablanır:
- Bakı şəhərində: 30 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 60 manat.
- Şəki şəhərində: 30 manat (sabit məbləğ) x 1 (zona əmsalı) = 30 manat.
- Gəncə şəhərində - 30 manat (sabit məbləğ) x 1.5 (zona əmsalı) = 45 manat.
Nümunə 4. Soyuducu və televizor təmiri ilə məşğul olan şəxs nə qədər sabit vergi ödəməlidir?
- Bakı şəhərində: 10 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 20 manat.
- Şəki şəhərində: 10 manat (sabit məbləğ) x 1 (zona əmsalı) = 10 manat.
- Gəncə şəhərində - 10 manat (sabit məbləğ) x 1.5 (zona əmsalı) = 15 manat.