Rusiyada kreditlərin gecikdirilməsinə görə penya və cərimələr tətbiq olunmaya bilər | Banco.az

Rusiyada kreditlərin gecikdirilməsinə görə penya və cərimələr tətbiq olunmaya bilər

Rusiya Bankı bu ölkəyə qarşı Qərbin tətbiq etdiyi sanksiyalar fonunda banklara keditlər üzrə penya və cərimələr tətbiq etməməyi tövsiyə edib.

Tənzimləyici bu ilin sonuna kimi kredit təşkilatlarına restrukturizasiya olunan borclar üzrə borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsindən aslı olmayaraq borcun xidmət olunma keyfiyyətinin qiymətləndirməsini dəyişdirməmək imkanı verir.

Daha əvvəl Rusiya Bankı ölkənin bank sisteminin stabil səviyyədə olduğunu, kifayət qədər kapitala malik olduğunu deyib. Tənzimləyici Rusiyanın SWIFT-dən ayrılıcağı təqdirdə maliyyə məlumatlarının ötürülməsinin Maliyyə Məlumatlarının Ötürülməsi Sistemi (MMÖS) vasitəsilə mümkün olacağını qeyd edib.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram