Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 61 rublu keçib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkədə Amerika valyutasının qiymətinin ötən il yanvarın 4-dən bəri ən yüksək həddidir.
Rusiyada dolların məzənnəsi 63,55 rubla çatıb. Bu isə 2016-ci ilin dekabr ayından bəri ən yüksək göstəricidir.