Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın Qazaxıstandan 100 min ton benzin istədiyi iddia edilib.
Banco.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumatlı 3 mənbəyə istinadən bildirib.
Xəbərə görə, Ukraynanın dron hücumları və neft ixtisarları səbəbindən Rusiya Qazaxıstandan 100 min ton benzin istəyib.
Digər tərəfdən, mənbələrdən biri bildirib ki, Rusiya üçün ehtiyatlardan istifadəyə dair saziş artıq razılaşdırılıb.
Rusiyanın Energetika Nazirliyi mövzu ilə bağlı suallara cavab verməsə də, qonşu Belarus artıq Rusiyaya benzin tədarükünə kömək etməyə razılaşıb.
Baxmayaraq ki, Rusiya ümumilikdə yanacağın xalis ixracatçısı və beynəlxalq bazarlara tədarükçüsü olsa da, ölkədəki neft emalı zavodlarının fəaliyyətinin dayandırılması neft şirkətlərini idxal etməyə məcbur edir.
Bizi sosial şəbəkələrdən izləyin!!