Rusiya hökuməti ipoteka kreditlərinin restrukturizasiyasını nəzərdə tutan proqramın icrasına daha 2 mlrd. rubl (34 mln. ABŞ dolları) vəsait ayırmağı qərarlaşdırıb. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə qərar baş nazir Dmitriy Medvedev tərəfindən bu gün keçirilən iclasda verilib.
Baş nazir bildirib ki, bu vəsait daha 1 300 ipoteka kreditlərinin restrukturizasiyasına kömək edəcək.
Qeyd edək ki, hökumətin ipoteka kreditlərinin restrukturizasiyasına dair ilk qərarı 2015-ci ilin aprelində verilib və o zaman bu proqrama 4,5 mlrd. rubl (84 mln. dollar) ayrılıb. Proqrama əhalinin gəlirlərinin 30% azalması fonunda start verilib və həmçinin valyutada olan kreditləri nəzərdə tutur.