Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya baş nazirinin müavini Aleksandr Novak dizel ixracına qadağa qoymağı planlaşdırmadıqlarını bildirib.
Banco.az xəbər verir ki, Novak paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada ölkənin yanacaq bazarı ilə bağlı qiymətləndirmələr aparıb.
Rusiyanın dizel istehsalının kafi səviyyədə olduğunu vurğulayan Novak, "Əhəmiyyətli miqdarda istehsal etdiyimiz və vəziyyət hazırda çox sabit olduğu üçün dizel ixracını qadağan etməyəcəyik", deyə bildirib.
Novak iyulun 23-də verdiyi açıqlamada Rusiyada benzin ixracına qoyulan qadağanın avqustun 1-dən yenidən qüvvəyə minəcəyini söyləmişdi.
Xatırladaq ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusən də kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub.
Bizi sosial şəbəkələrdən izləyin!!