Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb | Banco.az

Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzatdığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya hökuməti yazılı bəyanat yayıb.

Bəyanatda daxili bazarda benzin tələbatında mövsümi artım olduğu bildirilib. 

Bəyanatda həmçinin bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı bildirilib. Bu səbəbdən daxili bazarda balansı qorumaq üçün benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı qeyd edilib.

Xarici hökumətlərlə edilən razılaşmalar çərçivəsində edilən benzin ixracının məhdudiyyətlərdən azad olduğu da vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusən də kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzinin qiymətində artım olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram