Ripple Səudiyyə Ərəbistanın ən böyük bankı olan National Commercial Bankilə əməkdaşlıq edəcəyini elan etdi. National Commercial Bank digər banklarla məlumatların mübadiləsi üçün Ripple şəbəkəsindən istifadə edəcək. Məlumatlarının mübadiləsi ilə yanaşı Bank öz müştərilərinin pullarını dünyanın istənilən nöqtəsinə RippleNet vasitəsi ilə göndərə biləcək. RippleNet şəbəkəsi qarşı tərəflərə dərhal pul göndərməklə yanaşı, ənənəvi ödəniş sistemləri ilə müqaisədə daha az komissiya ilə maliyyə əməliyyatları aparmağa imkan verir.
National Commercial Bank-ı S.Ərəbistanda 1953-cü ildə yaradılıb və krallıq ərazisində 400 filial şəbəkəsinə, həmçinin dünya üzrə 5.4 milyon müştəri bazasına malikdir.
Kriptoinvest.az