Rəqəmsal yuan dolların rolunu zəiflədə bilər | Banco.az

Rəqəmsal yuan dolların rolunu zəiflədə bilər

Müəllif - Aida İsaq, Banco.az

Çinin rəqəmsal yuanı ABŞ dollarının üstünlüyünü ələ keçirə bilər. Banco.az xəbər verir ki, bu barədə köşə yazıçısı Kevin Uorş fikirlərini bölüşüb.

Onun fikrincə, Çinin beynəlxalq təsirinin genişlənməsi ikiqütblü dünya yaradacaq. Bu isə ABŞ dollarının dominantlığının azalmasına gətirib çıxaracaq.

"Amerikanın siyasi rəhbərliyi baş verənləri diqqətlə izləməlidir. Buna paralel olaraq milli maraqlara xidmət edəcək dolların gücləndirilmiş formasını yaratmalıdır" - deyə o, bildirib.

Köşə yazıçısı həmçinin ABŞ prezidenti Co Bayden administrasiyasını Pekinlə rəqabət aparmaq və ölkənin qlobal iqtisadi sistemdə liderliyini təmin edəcək rəqəmsal dollar versiyasını yaratmağa çağırıb.

İyulun ortalarında ekspertlər dolların dünya səviyyəsində rolunun zəiflədiyini bildirib. Onların arasında Çin və Rusiya tərəfindən rəqəmsal valyutalardan istifadənin genişləndirilməsi də yer alır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çin 2019-cu ilin sonunda rəqəmsal valyutanı tətbiq etməyə başlayıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram