Rabitəbank yeni vakansiya elan edir | Banco.az

Rabitəbank yeni vakansiya elan edir

Riteyl Kreditlər Departamentinin Onlayn Satış Şöbəsinin Mütəxəssisi vakansiyası. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Banka onlayn vasitələrlə edilmiş kredit müraciətlərini cavablamaq;
  • Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, müştərilərə aid yenilikləri, xidmət strukturlarının ünvanları, əlaqə telefonları və iş saatları haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştərinin gəliri, xərci, kredit tarixçəsi, iş yeri, vəzifəsi və iş stajına əsasən ödəmə qabiliyyətinin qiymətləndirmək;
  • Sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
  • Fəaliyyəti ilə bağlı tələb olunan hesabatları hazırlamaq;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Nəzakət qaydalarına ciddi əməl etmək qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Onlayn Satış” göstərməyiniz xahiş olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram