Rabitəbank-dan TƏCRÜBƏ PROQRAMI! | Banco.az

Rabitəbank-dan TƏCRÜBƏ PROQRAMI!

Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı - "Rabitəbank" ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası  iş təcrübəsi olmayan gənc namizədləri üç aylıq iş başında kredit təlimlərinə dəvət edir, təlimlərdən müvəffəqiyyətlə keçmiş namizədlər iş yerləri ilə təmin ediləcəklər:

Təlim proqramının iştirakçıları üzrə tələblər:

  • Ali təhsil
  • Mükəmməl dil bilikləri: Azərbaycan, Rus
  • Kommunikasiya qurma bacarıqları
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • İşgüzar xarici görünüş
  • Tez öyrənmə qabiliyyəti
  • Analitik düşüncə tərzi

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Mailın başlıq hissəsində Kredit üzrə təlim qeyd etməyi unutmayın.

Ən sərfəli kredit üçün müraciət et

*Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan namizədlər təlimlərdə iştirak etmək üçün seçim müsahibələrindən keçiriləcəklər.

Bütün gənclərimizə bol şanslar diləyirik!