Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal qızıl tələbi mərkəzi bankların alışları ilə artım göstərib.
Banco.az xəbər verir ki, Dünya Qızıl Şurasının ilin birinci rübü üzrə “Qlobal Qızıl Trendləri” hesabatı dərc olunub.
Hesabata görə, Asiyada mərkəzi bankların və özəl investorların güclü alışları qızıl tələbini birinci rübdə 2016-cı ildən bəri ən yüksək səviyyəyə yüksəldib.
Belə ki, qlobal qızıl tələbi birinci rübdə 2023-cü ilin eyni rübü ilə müqayisədə 3 faiz artaraq 1238,3 tona çatıb.
Sözügedən dövrdə zərgərlik məmulatlarına tələbat 2 faiz azalaraq təxminən 479 tona düşüb.
İlin yanvar-mart dövründə investisiya məqsədi ilə qızıl (sikkələr və qızıl külçələr) alışında artım müşahidə olunub. Belə ki, investisiya məqsədi ilə qızıl alışı (birjadankənar bazarlar istisna olmaqla) ötən ilin yanvar-mart dövrü ilə müqayisədə 3 faiz artaraq 312 tona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!