“Qlobal neft tələbatı gündəlik 2 milyon barel artacaq” | Banco.az

“Qlobal neft tələbatı gündəlik 2 milyon barel artacaq”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal neft tələbinin bu il gündəlik təxminən 2 milyon barel artaraq 103 milyon 500 min barelə çatacağı gözlənilir.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Şotlandiyada olan araşdırma və konsaltinq şirkəti “Wood Mackenzie” tərəfindən yayımlanan hesabatda qlobal neft tələbinin 2024-cü ildə gündəlik təxminən 2 milyon barel artacağı qeyd olunub.

Bu artımın 25 faizindən çoxunun Çinin payına düşəcəyi bildirilib.

Hesabatda yazılıb ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ qrupu tərəfindən atılan neft tədarükünün azaldılması addımı 2024-cü il ərzində artımı yavaşlatdığından təklif tələbdən geri qala bilər.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin vurğulanıb ki, bu istehsal məhdudiyyəti olmadan, xüsusilə tələb artımı proqnozlaşdırılana uyğun olmazsa, bazar həddindən artıq təklifə meyl edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram