Qlobal miqyasda xam polad istehsalı azalıb | Banco.az

Qlobal miqyasda xam polad istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalı iyul ayında ötən ilin eyni dövrünə görə 4,7 faiz azalaraq 152,8 milyon tona geriləyib.

Banco.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) iyul ayı üzrə xam polad istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlara görə, qlobal xam polad istehsalı 2024-cü ilin iyul ayında əvvəlki ilin eyni ayına görə 4,7 faiz azalaraq 152,8 milyon tona düşüb. 

Sözügedən dövrdə Çinin istehsalı 9 faiz azalaraq 82,9 milyon tona, Yaponiyanın istehsalı isə 3,8 faiz azalaraq 7,1 milyon tona qədər azalıb. Həmin dövrdə Rusiyanın istehsalı 3,1 faiz azalaraq 6,2 milyon tona düşsə də, ABŞ-ın istehsalı 2,1 faiz artaraq 6,9 milyon tona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Braziliyanın istehsalının 11,6 faiz artaraq 3,1 milyon tona, Almaniyanın istehsalının isə 4,8 faiz artaraq 3,1 milyon tona çatdığı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram