Qlobal metan emissiyaları ötən il rekord həddə çatıb | Banco.az

Qlobal metan emissiyaları ötən il rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal metan emissiyaları 2023-cü ildə rekord həddə çatıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) Qlobal Metan Monitorinqinin yeni təhlilinə əsasən, qalıq yanacaqların istehsalı və istifadəsi nəticəsində yaranan metan emissiyaları ötən il əvvəlki ilə nisbətən cüzi artım göstərərək təxminən 120 milyon tona çatıb.

Beləliklə, enerji sektorunda metan emissiyaları 2023-cü ildə rekord səviyyəyə yaxınlaşıb. Bu dövrdə enerji sektorundan 80 milyon ton metan emissiyası 10 ölkənin payına düşüb.

Dünyanın ən böyük neft və qaz istehsalçısı olan ABŞ neft və qaz əməliyyatları nəticəsində yaranan metan emissiyalarına görə ən çox məsuliyyət daşıyan ölkə olub, ikinci yerdə isə Rusiya gəlir. Digər tərəfdən Çin, kömür sektorunda ən yüksək emissiyalara səbəb olan ölkə olaraq qeyd edilib.

Dünyada 10 milyon ton metan emissiyası da, əsasən, yemək bişirmək kimi fəaliyyətlər üçün istifadə edilən biokütlənin ənənəvi istifadəsi nəticəsində baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Metan emissiyaları ilə bağlı peyklərdən alınan ölçmələri digər elmi əsaslı məlumatlarla birləşdirən hesabata görə, ötən il dünyada 2022-ci ilə nisbətən 5 milyon tondan çox qalıq yanacaq sızması aşkar edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram