Qlobal LNG idxalı ötən ay 1,8 faiz artıb | Banco.az

Qlobal LNG idxalı ötən ay 1,8 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay qlobal LNG idxalı 1,8 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dərc etdiyi "Aylıq Qaz Bazarı Hesabatı"na əsasən, qlobal LNG ticarətində artıma Asiya Sakit Okean və Yaxın Şərq regionları rəhbərlik edib.

Dəyişən spot LNG qiymətləri LNG tədarükünün Asiya Sakit Okean regionuna keçməsinə səbəb olub. Qlobal LNG ticarəti iyul ayında ötən ilin eyni ayına görə 1,8 faiz artaraq 32,7 milyon tona çatıb.

Qlobal LNG idxalı yanvar-iyul dövründə isə əvvəlki ilin eyni dövrünə nəzərən 0,9 faiz artaraq 239,3 milyon tona çatıb.

Asiya Sakit Okean regionunun LNG idxalı iyulda 14 faiz artaraq 23,4 milyon tona yüksəlib. Regionda havaların isti keçməsi elektrik enerjisi istehlakını və müvafiq olaraq LNG idxalını artırıb. İdxalda ən böyük paya malik ölkələr Hindistan, İndoneziya, Yaponiya, Cənubi Koreya və Tayland olub. Yanvar-iyul dövründə regionun LNG idxalı 11 faiz artaraq 164,5 milyon tona çatıb.

Yaxın Şərq bölgəsində Misirin daxili istehlakını ödəmək üçün idxala önəm verməsi səbəbindən LNG idxalı 2018-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. Regionun iyul ayı LNG idxalı ötən ilin eyni dövrünə görə 46 faiz artaraq 1,67 milyon ton hesablanıb. Yanvar-iyul dövründə isə idxal 39 faiz artaraq 5,49 milyon tona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

LNG idxalında Avropadakı təbii qaz çənlərinin doluluq səviyyələri və boru qazı idxalının sabit davam etməsi qitənin iyul ayı LNG idxalını 26 faiz azaldıb. Regionda ötən ay 6,34 milyon ton idxal edilib.

Digər tərəfdən Latın Amerikası və Karib hövzəsinin LNG idxalı iyul ayında ötən ilin eyni dövrünə görə 23 faiz azalaraq 1,24 milyon tona düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram