- Çikaqoda tərkibində un olmayan şirniyyat məhsullarına görə 6 faizlik vergi tutulur, tərkibində un olan şirniyyat məhsulları üçünsə bu verginin dərəcəsi 1 faizdir.
- Danimarkada inəklərin gövşəməsinə görə vergi tutulur və ekoloji mülahizə ilə, başqa sözlə, atmosferə atılan istixana qazlarının həcmini azaltmaq məqsədilə tətbiq olunan bu verginin məbləği o qədər də az deyil: hər inək üçün sahibi 110 dollar "gövşək vergisi" ödəmək məcburiyyətindədir.