Pula qənaət etmədən zəngiləşə bilməzsiniz. Bəzən pula olan ehtiyac heç gözləmədiyiniz anlarda sizi sıxaraq, “kaş filan şeyi almazdım” düşüncəsinə qapılmağa məcbur edir. Büdcənizi idarə etdiyiniz qədər pula sahibsiniz. Hədəflərinizə daha tez çatmaq və arzularınızı xəyal olmaqdan qurtarmaq istəyirsinizsə, bir addım atmalısınız. Bilirsiniz ki, insanlar çox vaxt həvəslərinə əsir olurlar. Çox zaman istəyirlər addım atsınlar, amma bacarmırlar. Ancaq düşünürlər. Düşünmək gözəl şeydir. Amma ən önəmli olan ilk addımı atmağı bacarmaqdır. Siz başlayın və inanın doğru addımlar sizi müvəffəqiyətə aparacaq. Araşdırmalara görə, pula qənaət etmək üçün olan 6 ən yaxşı məsləhəti sizinlə bölüşürük:
Xərclərinizi qeyd edin
Pula qənaət etməyin ilk addımı nə qədər xərclədiyinizi qeyd etməkdir. Pul xərclədiyiniz şeyləri qeydə almalısınız. İstər kofe olsun, istər qəzet olsun. Siz heç mühasibi olmayan şirkət gördünüzmü? Mən görmədim. Planlama mexanizmi hər yerdə işləyir. Qeyd etdikləriniz məlumatları səliqəli şəkildə qruplarda birləşdirməniz məsləhət görülür. Beləcə bütün büdcənizə nəzarət sizdə olacaq.
Büdcə planı hazırlayın
Əgər aylıq xərclərinizi hesablayıb, nə qədər xərciniz olduğunu bilirsinizsə, bunu büdcə planı hazırlayaraq içinə daxil edib, rahat şəkildə bu planı işlədə bilərsiniz. Büdcə planı qazancınıza uyğun, nə qədər xərciniz olduğunu ortaya çıxaracaq. Və beləliklə, xərclərinizi limitləyib mənfi balansa düşməkdən azad olacaqsınız.
Pula qənaəti planlayın
Bu mərhələdə büdcə planınız artıq hazır olmalıdır. Gördüyünüz kimi artıq xərcləmələrinizi idarə edə bilirsiniz. İndi isə planın daxilində qənaət bölməsi hazırlayın. Çalışın qazancınızın 10-15 faizini kənara qoyun. Ola bilər ki, xərcləriniz çox olsun və qənaət üçün şəraitiniz olmasın. Bu zaman hansı yerdə xərcləri azalda bilərsinizsə oraya fokuslanmaq lazımdır.
Qənaət edəcək bir şey tapın
Qənaət etməyin ən effektli yollarından biridə budur ki, nəyi qənaət edə bilərsinizsə onları düşünün. Məsələn, gəzintinizin müddəti sizin əlinizdədir. Bilirsiniz ki, az və ya çox gəzsəniz nə isə dəyişməyəcək. Amma qənaət etməyə ehtiyacınız varsa bunu nəzərə almalısınız. Nəzərə almalısınız ki, ikinci əl maşın istifadə edə biləciyiniz halda, yeni maşın almağa ehtiyac yoxdur.
Öncəliklərinizə qərar verin
Qabaqcıl hədəflərinizi bilsəniz harda qənaət etməyə başlamaq lazımdır onu da bilərsiniz. Bilsəniz ki, evinizə yeni əşya lazım olacaq, hansı vaxtda qənaət etməyə başlamaq lazım olduğunu da asanlıqla təyin edəcəksiniz. Amma unutmayın ki, doğru və planlı şəkildə qənaət etmək lazımdır.
İnkişafa nəzarət edin
Planlarınızı hər ay yoxlayın. Ona görə yox ki, siz öz planınızı tez-tez yoxlayırsınız, ona görə ki, hər hansısa problem çıxdığı təqdirdə buna tez müdaxilə edəsiniz.
Sevinc Hüseynova, banco.az