Qanunvericilikdə İpoteka kreditinin minimum nisbəti göstərilir! | Banco.az

Qanunvericilikdə İpoteka kreditinin minimum nisbəti göstərilir!

Banco.az bildirir ki, “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na görə, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. Yəni, ilkin ödəniş minimum 15% müəyyən edilir. Banklar bu nisbətdən daha yüksək səviyyədə ilkin ödəniş tələb edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Məlumdur ki, adi ipoteka maksimal illik 8% dərəcəsi ilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsi ilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 000 AZN-dir. İlkin ödəniş minimum 20% (Adi) və 15% (Güzəştli) təşkil edir.