“Qala Həyat Sığorta”nın nizamnamə kapitalı cüzi artırılıb | Banco.az

“Qala Həyat Sığorta”nın nizamnamə kapitalı cüzi artırılıb

“Qala Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 1,33% və yaxud 171,6min manat artırılaraq 12 870 000 manatdan 13 041 600 manata çatdırılıb.

Məlumatda deyilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 860 manat olan 60 yeni səhm buraxılıb. Qiymətli kağızları “Qala Həyat Sığorta”nın hər iki səhmdarı – “AzRe Təkrarsığorta” ASC və “Quna” MMC əldə ediblər. Bununla belə, şirkətdən yeni səhmlərin hansı nisbətdə alındığı barədə açıqlama vermək istəməyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. İndiyə qədər onun səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta”ya (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna"ya məxsus olub. 

Report.az