31 İyul 2019-cu il tarixinə 13 milyard 681,3 milyon manatlıq cəmi kredit qoyuluşlarının 10,9%-i və ya 1 milyard 487,4 milyon manatı problemli (ödəmə vaxtı keçmiş kredit) olub.
İyulda ödəmə vaxtı keçmiş kreditlər 0,9 milyon manat artıb. Belə ki, İyunun sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 486,5 milyon manat təşkil etmişdi.
Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərində xüsusi çəkisi isə 11%-dən 10,9%-ə düşüb. Azalmanın səbəbi kredit qoyuluşlarının iyulda 198,8 milyon manat artaraq 13 milyard 482,56 milyon manatdan 13 milyard 681,3 milyon manata yüksəlməsi ilə bağlıdır.
Marja