2019-cu ilin Aprel ayının sonunda cəmi 13 milyard 11,4 milyon manatlıq kredit qoyuluşlarının 1 milyard 503,8 milyon manatını və ya 11,6%-ni ödəmə vaxtı keçmiş kredit təşkil edib.
Mərkəzi Bankın statistikasına əsasən, Martın sonu ilə müqayisədə Aprel ayında ödəmə vaxtı keçmiş kreditlər 54,2 milyon manat azalıb. Ötən ilin sonu ilə müqayisədə isə (ilk 4 ayda) azalma 81,2 milyon manat təşkil edib.
Mart ayının sonunda 13 milyard 58 milyon manat kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının və ya 11,9%-nin, 2018-ci ilin sonunda isə 13 milyard 20,3 milyon manat kreditin 1 milyard 585 milyon manatını və ya 12,2%-ni vaxtı keçmiş kreditlər təşkil etmişdi.
Ötən ilin Aprel ayının sonu ilə müqayisədə vaxtı keçmiş kreditlər 205 milyon manat azalıb. 2018-ci ilin aprel ayının sonunda 11 milyard 815 milyon manat kredit qoyuluşlarının 1 milyard 710,8 milyon manatını və ya 14,%-ni vaxtı keçmiş kreditlər təşkil etmişdi.
marja