Bəzən özümüzü yaxşı hiss etmək üçün bəzi şeylərə inanaraq hərəkətə keçmək istəyərik, yəni bizim irəliləyə bilməyimiz üçün kimsə nəsə bizə arxadan dəstək olmalı, itələməlidir. Sovetlər və Nazi Almaniyasının tərkibində çətin dövrlər keçirmiş finlilər buna aid bir fəlsəfə yaratmışlar, adın da Sisu qoymuşlar. Vikinqlərin çətin problemlərə qarşı mübarizəsi üçün istifadə etdiyi bu ifadə, çox insanın mübarizə aparmaqdan yorulduğu bir anda qazanmaq üçün əzmkar, cəsur və qərarlı şəkildə mübarizə aparmağa davam etmək mənasına gəlir. Yəni sisu insanların ən çətin vəziyyətlərdə belə qazanmaq bacarığıdır. Özünüzü psixoloji cəhətdən dibə çökmüş hiss etdiyinizdə sisu fəlsəfəsi işə başlayır: Mübarizə zamanı!
1) Dərin bir nəfəs alın.
Tükəndiyinizi hiss etdikdə yenidən güc yükləmək üçün dərindən nəfəs almağa ehtiyac vardır. Ümumiyyətlə çətin vəziyyətə düşəndə dərində nəfəs almaq sizə yaxşı gələcək, bədəninizdə gəzişən oksigen sizi gücləndirəcək, rahatlaşdıracaq.
2) Fokuslanın.
Ümumiyyətlə nəyəsə fokuslanmaq üçün hazırda olduğunuz nöqtəni düşünün. Qərarlı olun və müqavimət göstərə biləcəyinizə əmin olun. Gücünüzün fərqinə varın.
Bu barədə məşhur Yapon yazıçısı Haruki Murakami deyir:
Fokuslanma qabiliyyətini istifadə etməmək, gözlər açıqkən heç bir şey görməməyə bənzəyir.
3) Hərəkətə keçin.
Gücünüzü bilirsiniz, sadəcə bir addım qalıb. İndi hərəkətə keçməsəz, bir də keçə bilməyəcəksiniz. Nəsə gözləməyinizə gərək yoxdur, İRƏLİ!
Afrika Atalar sözü
Hər sabah Afrikada bir ceyran yuxudan oyanır, ən sürətli aslandan daha sürətli qaçmasını bilir, yoxsa öləcəkdir. Hər sabah Afrikada bir aslan yuxudan oyanar, ən yavaş ceyrandan daha sürətli qaçmasını bilir, yoxsa ac qalacaqdır. Aslan və ya ceyran olmanıza gərək yoxdur, sadəcə günəş doğduğunda hərəkətə keçin.
Xəzər Aslanov. Banco.az