Çeçenistan prezidenti Ramazan Kadırov sosial media platforması olan "VKontakte" hesabından "Bitkoin"ə yatırım etdiyini açıqlayıb.
Çeçen lider kripto pul bazarını təqib etmək üçün belə bir addım atdığını bildirib.
"Sürətli inkişaf edən digital texnologiyalar dünyasında bir insan yenilikləri qavramaq istəyirsə, özünü inkişaf etdirməlidir. Bu səbəbdən kripto pul bazarını təqib etmək üçün "Bitkoin" satın almağa qərar verdim. Daha əvvəl blokçeyn texnologiyasının Çeçenistanda tətbiq olunacağını demişdim. Həmçinin müasir sistemləri ilə də maraqlanıram" deyə Kadırov yazıb.
Çeçenistan prezidenti kriptovalyutanın yasaqlanmamasının vacib olduğunu, əvəzində bazarın federal qanunlarla nəzarət altına alınmalı olduğunu bildirib: "Əsas məqsəd Çeçenistan vətəndaşlarını maliyyə piramidalarından və digər fırıldaqçılardan qorumaqdır".
"Bitkoin"ə yatırdığı məbləği açıqlamayan Kadırov bunun riskli olduğunu da qeyd edib: "Kripto pul vahidinə yatırım etmək qeyri-müəyyən addımdır. Bütün pulunuzu itirə də bilərsiniz. Burda heç bir təminat yoxdur".
Qaynarinfo.az