Potensiallı gəncləri vakansiya üzrə müraciət etməyə dəvət edirik | Banco.az

Potensiallı gəncləri vakansiya üzrə müraciət etməyə dəvət edirik

Əgər siz öz işinizdə peşəkar olmaq, gələcək karyeranızı şəffaf mühitdə qurmaq istəyirsinizsə, müraciət edin

  Vəzifə: Hüquqşünas / Gəncə filialı 

 Əsas vəzifə və öhdəliklər:

-Şöbəyə daxil olmuş işlərin, iddia ərizələrinin hazırlanmasını və məhkəməyə göndərilməsini təmin etmək;

-Məhkəmə, Icra, Hüquq mühafizə və digər dövlət orqanları ilə əməkdaşlıqda bankı nümayəndə qismində təmsil etmək; 

-Məhkəmə qərarlarının vaxtında alınmasını və bankın aidiyyatı strukturuna təqdim edilməsini təmin etmək;

-Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətləri  qanunvericiliyə müvafiq formada cavablandırmaq.

Tələb olunan kriteriyalar:

Ən sərfəli kredit üçün müraciət et

-Ali hüquqi təhsil;

-Azərbaycan dilini əla bilmək;

-Məsuliyyətli və dəqiq;

-Öyrənməyə həvəsli;

-MS Office proqramları ilə işləmə bacarığı;

-Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.

Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İnsan Resursları Departamenti” yazmaqla öz CV-lərini və ya bankın saytından bu linkdən “İşə müraciət forması”ı (şəkillə birlikdə) [email protected]  ünvanına göndərə bilərlər. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.