Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-fevral aylarında Azərbaycandan 104 milyon 135 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 170,1 min ton olub. Ötən 2 ayda Portuqaliya Azərbaycandan ən çox neft alan 5-ci ölkə olub.
Qeyd edək ki, bu il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə İsrail, üçüncü isə Hindistan olub.
Bizi sosial şəbəkələrdən izləyin!!