İspaniyanın Zomato şəhəri ev heyvanlarının, xüsusilə itlərin bolluğu ilə məşhurdur. Hazırda bu şəhərdə qeydiyyata alınmış itlərin sayı uşaqların sayından çoxdur.
Bu yaxınlarda şəhər rəhbərliyi qəribə bir qərar imzalayıb. Həmin qərara əsasən, şəhərdə it sahiblərindən vergi tutulacaq. Gələn ildən qüvvəyə minəcək bu verginin məbləği hər it üçün illik 9 avro təşkil edir. Yığılan vəsait küçələrdən itlərin peyininin təmizlənməsinə xərclənəcək.