Pərakəndə ticarət dövriyyəsi 11 milyard manatdan çox olub | Banco.az

Pərakəndə ticarət dövriyyəsi 11 milyard manatdan çox olub

2019-cu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manat olub. Dövlət Statsitika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3 faiz artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

 

Məhsul qruplarının adları

Satışdan gəlir 
(milyon manatla)

2018-ci ilin yanvar-aprel aylarına nisbətən(faizlə)
Pərakəndə ticarət dövriyyəsi 11.357,4 102,7
o cümlədən
ərzaq məhsulları

5.101,0

102,5
içkilər və tütün məmulatları 603,9 101,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2.011,2
102,9
elektrik malları və mebellər 708,7 102,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları
86,2

103,1
əczaçılıq və tibbi mallar 142,3 103,4
avtomobil yanacağı 638,1 101,8
digər qeyri-ərzaq məhsulları 2.066,0 103,7

İlk 4 ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədikləri vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 47,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalıb.

İlin ilk dörd ayında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Vergiler.az