PASHA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində Risklər üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
Risklər üzrə mütəxəssis vəzifəsinə tələblər:
• Müxtəlif hesablama vasitələri və üsullarından istifadə edərək “PAŞA Holding”ə daxil olan sığorta şirkətlərinin bazar, kredit, sığorta və əməliyyat risklərini qiymətləndirə biləcək analitik metodların və modellərin hazırlanması;
• Ehtiyatlanma modelinin, aktuar ehtiyatların hesablanması və metodologiyasının yaradılması və tətbiqi məqsədilə sığorta şirkətlərinin risk qrupları ilə sıx ünsiyyətin və əməkdaşlığın saxlanılması;
• Fəaliyyət planının müəyyən edilməsi məqsədilə anderraytinq nəticələrinə təsir edən amillərin və tendensiyaların təhlilinin təmin edilməsi;
• Daxili risk modellərinin nəticələrinə əsasən daxili risk hesabatlarının idarə edilməsi;
• Risk göstəricilərinin/mexanizmlərin müəyyən edilməsi və risklərin ölçülməsi üçün istifadə olunan məlumatların/ölçü göstəricilərinin təyin edilməsi;
• Risk proqramının irəli aparılması/maneələrin aradan qaldırılması məqsədilə, ehtiyac yarandığı halda, dəyişiklikləri asanlaşdırmaq üçün müxtəlif maraqlı tərəflər ilə əməkdaşlığın edilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• İqtisadiyyat, Statistika, Riyaziyyat və ya Kibernetika sahəsində bakalavr və/ və ya magistr dərəcəsi;
• Sığorta ilə əlaqəli sahədə 2 il iş təcrübəsi;
• Güclü analitik yazı qabiliyyəti;
• Məlumatların idarə edilməsi və təhlil sahəsində geniş bacarıqlar;
• VBA təcrübəsi və SQL biliyi arzuolunandır;
• FRM sertifikatı və/və ya Aktuar lisenziyası üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Risklər üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 8 aprel, 2018-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.