"PAŞA Sığorta"nın yığımları və ödənişləri artıb | Banco.az

"PAŞA Sığorta"nın yığımları və ödənişləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-avqust aylarında 207 milyon 881 min manat sığorta haqqı yığılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 54 milyon 378 min manat və ya 35,4% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 5 milyon 813 min manat və ya 12,1% artaraq 53 milyon 844 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 153,5 milyon manat, ödənişləri isə 48,1 milyon manat məbləğində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram