“PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasında (DŞ) dəyişiklik olub.
Direktorlar Şurasının üzvü olan İbrahim Hüseynqulu oğlu İbrahimovun yerinə Fərid Usad oğlu Məmmədov seçilib. Sığorta şirkətindən verilən məlumata görə, əvvəl Direktorlar Şurasının üzvü olan İbrahim Hüseynqulu oğlu İbrahimov isə "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Mənbə: Report.az