PAŞA Sığorta və GoldenPay/Hesab.az şirkətləri avtomobil sahibi olan hər kəsi sevindirəcək yeni kampaniya başladıb. Optimal KASKO məhsulunu Hesab.az onlayn xidmətlər platforması vasitəsilə əldə edən müştərilər bu kampaniyada iştirak edib dəyərli hədiyyələr əldə edəcəklər.
Kampaniya şərtlərinə əsasən, Hesab.az platforması üzərindən Optimal Kasko məhsulunu əldə edən müştərilər aşağıdakı şərtlərlə Azpetrol yanacaq və ya Bravo alış-veriş kartlarını hədiyyə olaraq qazanacaqlar.
- 5000 AZN sığorta təminatı ilə OK 500 paketini əldə edən 50 AZN,
- 10000 AZN sığorta təminatı ilə OK 900 paketini əldə edən 100 AZN,
- 20000 AZN sığorta təminatı ilə OK 1900 paketini əldə edən 150 AZN.
Qeyd edək ki, kampaniya 31 Mart tarixinədək davam edəcək.
Kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq da müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!