PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə iri həcmli ödənişlər həyata keçirib | Banco.az

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə iri həcmli ödənişlər həyata keçirib

Daim müştəri məmnuniyyətinin artırılmasında səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti 2019-cu ilin birinci rübündə iri həcmli sığorta ödənişlərini həyata keçirib.

Cari dövr ərzində həyata keçirilmiş yüksək məbləğli sığorta ödənişlərindən biri Suraxanı rayonunda Mercedes-Benz markalı avtomobilin hərəkətdə olan zaman sürücünün idarəetməni itirərək avtomobili dirəyə çırpması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlıdır. Avtomobil KASKO sığortalı olduğu üçün PAŞA Sığorta tərəfindən 17,330 AZN sığorta ödənişi həyata keçirilib.

Digər bir hadisə 2 avtomobilin iştirakı ilə baş verib. PAŞA Sığorta müştərisi olan BMW markalı avtomobil yol ayrıcında Mercedes markalı avtomobillə toqquşub. BMW markalı avtomobilin sürücüsü PAŞA Sığortanın KASKO sığortası üzrə müştərisi olduğundan avtomobilə dəymiş 15,002 AZN məbləğində zərər şirkət tərəfindən qarşılanıb.

Qeyd edək ki, PAŞA Sığorta şirkətinin təklif etdiyi KASKO könüllü avtomobil sığortası avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanuna zidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış kimi bir sıra risklərə təminat verir. PAŞA Sığorta şirkəti hadisəsi olmuş müştərilərə təmir prosesini onlayn izləmək imkanı da təqdim edir. Belə ki, zərərçəkən müştərilər avtoservisdə olan avtomobillərinin təmir prosesini telefon və ya kompüter vasitəsilə izləyə və təmirdə olan avtomobillərin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

KASKO sığortasını əldə etmək üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.