PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni maskotunu təqdim etdi | Banco.az

PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni maskotunu təqdim etdi

PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni “KASKI” maskotunu ictimaiyyətə təqdim etdi. KASKİ KASKO sığortası üzrə hədəf kütlənin, əsasən kişilərin bəyəndiyi və son zamanlar Bakıda trendə çevrilən HASKİ cinsindən olan itdir.

Kaski sevimli, etibarlı, hər zaman sahibinin (sığortalının) yardımına qaçan, ona daima ən yaxşısını

arzulayan, qayğısına qalan bir yüksək sürətli super qəhrəmandır. Avtomobil mövzusunda çox biliklidir,

bu səbəbdən sürücülərə hər zaman bilik, məsləhətlər verir. Kaskinin yumor hissi çox yüksəkdir, cinsindən, yaşından asılı olmayaraq hər kəs ilə yaxşı yola gedir, hər bir işdə müsbət cəhət görən bir personajdır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin marketinq departamentin rəhbəri Nuranə Teymurova tərəfindən verilən məlumata görə, 2019cu il ərzində KASKİ personajının istifadəsi ilə müştəriləri maraqlı aksiyalar gözləyir. PAŞA Sığortadan KASKO əldə edən hər bir müştərinin artıq bir  KASKİ qəhrəmanı mövcuddur.

KASKİ-nin təqdimat videosu ilə linkdən tanış ola bilərsiniz:  https://youtu.be/lvCBdnC4uAM

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.