PAŞA Sığorta şirkəti olaraq fəaliyyətimizin 15-ci il dönümünü qeyri-həyat sığorta bazarının lider şirkəti olaraq böyük fəxr hissi ilə qeyd edirik! Artıq 15 ildir ki, sığorta bazarındakı mövqeyimizi müştərilərimizin bizə olan inamı və güvəni əsasında formalaşdırırıq.
15 ildir ki, əmlakınızın təhlükəsizliyi bizim etibarımızdır deyib, yollarda daha güvənlə hərəkət etməniz üçün əlimizdən gələni edirik. Tibbi sığorta xidmətimiz sayəsində böyük bir sevgi ilə həm sizin, həm də ailənizin sağlamlığının qayğısına qalırıq. Səfər sığortamızla səyahətlərinizdə sadəcə tətiliniz haqqında düşünəsiniz deyə çalışırıq.
Keçən bu illər ərzində birlikdə böyüdük, bir çox ilklərə, yeniliklərə və uğurlara imza atdıq. Həm müştərilərimizə, həm ölkə iqtisadiyyatına, həm də gələcəyimizə əhəmiyyətli töhfələr verdik və bundan sonrakı dövrdə də eyni əzmlə, eyni həvəslə böyüməyi planlayırıq.
“PAŞA Sığorta” şirkəti olaraq 15 il ərzində qazanılmış uğurlarda payı olan hər bir şəxsə təşəkkür edirik və bundan sonra da sığortalılarımızın güvənini qoruyub saxlamaq üçün inkişafımıza davam edəcəyik.
İNTRANET:
Hər birinizə təşəkkür edirəm və qazandığımız bütün böyük nailiyyətlər münasibətilə sizi təbrik edirəm.
Bizi sosial şəbəkələrdən izləyin!!