Öz müştərilərinə yenilikçi rəqəmsal həllər təqdim etməyi əsas hədəflərindən biri olaraq təyin edən PAŞA Sığorta bu istiqamətdə addımlamağa davam edir. Qeyri-həyat sığorta bazarında bir ilkə imza atan şirkət müştərilərinə "Ağıllı Kasko" platformasını təqdim edir. İnnovativ platforma sayəsində müştərilər artıq qərar vermədə çətinlik çəkmədən sürücülük təcrübələrinə və öz avtomobillərinə uyğun olan kasko sığortasını təyin edə biləcəklər. Funksionllığa əsasən, platformaya keçid edən istifadəçilərə öncədən müəyyən edilmiş bir neçə sual verilir və istifadəçinin cavabları əsasında sonda avtomobilinə uyğun olan kasko sığorta məhsulunun adı görünür.
Aşağıdakı link vasitəsilə platformaya keçid edərək siz də onlayn platformadan istifadə edərək avtomobilinizə hansı kasko məhsulunun uyğun gəldiyini təyin edə bilərsiniz:
https://smartcasco.pasha-insurance.az/
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!