PAŞA Sığorta İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin xanımları üçün “Ana Sahibkar” layihəsi təşkil edir | Banco.az

PAŞA Sığorta İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin xanımları üçün “Ana Sahibkar” layihəsi təşkil edir

Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir. Bunu nəzərə alan PAŞA Sığorta şirkəti PAŞA Holdinqin dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhid və qazilərinin xanımları üçün “Ana Sahibkar” adlı korporativ sosial məsuliyyət layihəsinə start verir.

Layihənin təşkil olunmasında əsas məqsəd İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin  xanımları  üçün sahibkarlıq fəaliyyətinə, eyni zamanda, bu sahədə bilik və bacarıqların artırılmasına dəstək verməkdir. 

Bu layihə xanımların arzuladıqları işə sahib olmaq, ailələrinə və övladlarına vaxt ayırmaq kimi vacib məsələləri bir arada birləşdirmək üçün fürsət yaradır. Layihə eyni zamanda, qadınlar üçün yeni peşə, pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, biznes idarəçiliyi və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla onların iqtisadi səlahiyyətlərinin artırılmasına, maliyyə müstəqilliyinin təmin edilməsinə və ən əsası layihə sonu işlə təmin olmasına dəstək göstərəcək.

Ümumilikdə layihə bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə ofis proqramlarının əsası, kommunikasiya bacarıqları, vaxtın idarə edilməsi, sosial media marketinqi, satış, sahibkarlıq və əmək məcəlləsinin əsasları kimi mövzuları əhatə edən təlimlər təşkil olunacaq. Daha sonra isə xanımların istək və istedadlarını aşkar edən testlərə əsaslanaraq  peşə seçimi, bu istiqamətdə fərdi təlimlər, eyni zamanda seçdikləri və tədris aldıqları peşələr üzrə işlə təmin olunmaları nəzərdə tutulub.

Vətən müharibəsi şəhid və qazilərin xanımları ilə həyatlarına yenidən arzu və ümidlə davam etmək, yaranan qorxular, mənəvi çətinliklərə qalib gəlmələri üçün layihə boyu psixoloq tərəfindən fərdi və qrup şəklində görüşlər də planlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ana Sahibkar” layihəsi 3-4 ay müddətində, 30 iştirakçı ilə birgə davam edəcək.

İştirakçılarımıza uğurlar arzu edirik!

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram