"PAŞA Holdinq"dən yeni qurduğu şirkətlə bağlı AÇIQLAMA | Banco.az

"PAŞA Holdinq"dən yeni qurduğu şirkətlə bağlı AÇIQLAMA

"PAŞA Holdinq" Azərbaycanın informasiya texnologiyaları bazarında dünyanın ən qabaqcıl texnologiyalarını özündə birləşdirəcək yeni "PAŞA Technology" adlı şirkətini təsis edib.

 

Bu barədə Holdinqdən bildirilib.

"18 iyul 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan şirkətin başlıca məqsədi PAŞA Holdinqə daxil olan şirkətlərə optimallaşdırılmış innovativ həlləri özündə birləşdirən İT xidmətlərini təqdim etməkdir.  Bu məqsədlə yeni qurulan şirkət müasir dünya standartlarına cavab verən informasiya texnologiyaları xidmətləri sahəsində fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin səhmləri tamamilə PAŞA Holdinq MMC-yə məxsusdur",- holdinqin məlumatında deyilir.

Qeyd edək ki, PAŞA Holdinq fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın ən öndə gedən və korporativ idarəetmə təcrübəsini özündə ehtiva edən milli özəl biznes qruplarından birinə çevrilib. Holdiniqin əsas investisiyaları maliyyə xidmətləri - bankçılıq və sığorta, tikinti, turizm və daşınmaz əmlak kimi qeyri-neft sektorlarında cəmlənib. PAŞA Holdinq səhmdarların uğurlu korporativ idarəetmə təcrübəsi, biznes diversifikasiyasının uğurlu tətbiqi və regional genişlənmə strategiyası sayəsində regionun mühüm investisiya şirkətinə çevrilib.

Marja.az